Məhəmməd Əli Jr: “Özümü atamın yas mərasimindəki kimi hiss etdim”

  • By admin
  • 10 Mart 2017 10:45

əfsanəvi futbolçu

Fevralın 7-də Amerikalı əfsanəvi boksçu Məhəmməd Əlinin oğlu Məhəmməd Əli Jr. Mayamidəki “Fort Lauderdale” hava limanında saxlanma səbəbləri barədə Konqresdə təşkil edilən tədbirdə danışıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Məhəmməd Əli Jr. bildirib ki, öncə adımı soruşdular: “Məhəmməd Əli Jr. olduğumu dedim. “Kim sənə bu adı verib?” -, deyə soruşdular. Dedim ki, mənə bu adı, atam verib. Sonra “Dinin hansıdır?” -, deyə soruşdular. Bu sual qarşısında heyrətimi gizlətmədim və müsəlman olduğumu dedim. İki saat sorğu-sual etdikdən sonra üzr də istəmədən “Gedə bilərsən” -, dedilər. Özümü atamın yas mərasimindəki kimi hiss etdim”-, deyə o bildirb .

Anar
Gununsesi.info