Məhəmməd Kekalov da qaçaqmalçılıq ittihamı ilə həbs edildi

  • By ilhame
  • 23 Noyabr 2023 19:39

“Abzasmedia.org” saytının direktor müavini Məhəmməd Kekalov həbs edilib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. İki gün əvvəl eyni ittihamla sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da həbs edilib.

Gununsesi.info