Məhəmməd Psixiatriya Xəstəxanasından çıxdı, ilk açıqlamanı verdi - VİDEO

  • By admin
  • 06 Aprel 2023 14:59

“Dəlixanada ömürlük qalaram, təki uşaqlara yaxşı yemək verilsin”

Gununsesi.info xəbər verir ki, bu sözləri “Ümid ilə gəl” verilişinə qonaq olan 16 yaşlı Məhəmməd Hacıyev deyib.

O aparıcı və prodüser Tarix Əliyevə (Tolik) təşəkkür edib. Məhəmməd 3 saylı uşaq evində yaşanan qanunsuzluğun tez bir müddətdə aradan qaldırılacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən və daha sonra Psixiatriya Xəstəxanasına yerləşdirlən 16 yaşlı Məhəmməd Hacıyev ötən gün xəstəxanadan evə buraxılıb.

3 saylı uşaq evinin sakini olan 16 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlu 4-cü sinfə qədər 29 nömrəli tam orta məktəbdə fərdi təhsil alıb. 4-cü sinfi bitirdikdən sonra məktəbdən çıxıb.

Gununsesi.info