Məhəmməd Rza Pəhləvi haqqında serial çəkilir

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvidən bəhs edəcək “Son Şah” serialı barədə bəzi təfərrüatlar məlum olub.

Gununsesi.info xəbər verir ki,  “Son Şah” serialı İranın son monarxı Məhəmməd Rza şah Pəhləvinin həyatından bəhs edəcək.

Qırx ili əhatə edəcək serial İkinci Dünya Müharibəsi zamanı şahın hakimiyyətə gəlməsi ilə başlayır və 1979-cu il İslam İnqilabına və sonrakı ABŞ səfirliyinin girov böhranına qədər davam edir.

Serialın əsas müəllifi Morri Rosmarin İslam İnqilabından əvvəl İranda qadınların daha çox azadlığa malik olduğu və həyatın indiki islamçı rejimdən daha çox Avropaya bənzədiyi İranın daha çox Qərb yönümlü günlərini xatırlamağın əhəmiyyətini vurğulayıb. .

“Bu gün bir çox insan bilmir ki, 1979-cu il İslam İnqilabından əvvəl, şahın hakimiyyəti dövründə İran Yaxın Şərqin ən qərbləşmiş ölkələrindən biri olub. İslam Respublikasının hazırkı dini teokratiyasının döyüşkən siyasətindən fərqli olaraq, şahın dövründə İran həm ABŞ, həm də İsrailin regionda ən güclü müttəfiqi idi” – deyə o əlavə edib.

 

 

 

Gununsesi.info