Məhəmmədhüseyn Şəhriyarın oğlu qəzaya düşdü - VƏZİYYƏTİ AĞIRDIR

Cənubi azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcət Təbrizi avtomobil qəzasına düşüb.

Gununsesi.org xəbər verir ki, bununka bağlı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, şairin oğlu yolu keçərkən avtomobil onu vurub:

“Dünən axşam Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar Təbrizin 17 Şəhrivar küçəsini keçərkən avtomobil qəzasına düşüb. Əlimizdə olan məlumata görə Hadi Şəhriyar hazırda koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”.

Gununsesi.org