
“Məhərrəm ayı başladıqdan sonra müəyyən dini mərasimlərlə əlaqədar hər hansı qanun pozuntusuna rast gəlinməyib”.
Gununsesi.info-nun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Məhərrəm ayı ərzində hər hansı insidentin baş verməyəcəyinə əmindir:
“Məhərrəm ayının mərasimlərinin Azərbaycan qanunvericiliyinə uyğun olaraq nəzərdə tutulan qaydalarla və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməsi üçün biz və QMİ-nin yerli qurumları, o cümlədən, Komitənin yerli strukturları və müvafiq qurumlar işlər həyata keçirir”.
Gununsesi.info