Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı - "TOY AXŞAM SAAT 7-8-DƏN SONRA DAHA DA QIZIŞDI"

  • By admin
  • 25 Sentyabr 2017 14:05

manaf

Müğənni Manaf Ağayev Məhərrəm ayının ilk günündə oğluna toy edib.

Gununsesi.info xəbər verir ki, müğənni Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilşində toydan danışıb.

O qeyd edib ki, toy saat 7-8-dən sonra daha da qızışıb: “Sizin çəkiliş qrupunuz toya tez gəlmişdi. Toy 7-8-dən sonra daha da qızışdı”.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Məhərrəm ayının ilk günündə oğluna toy edən Manaf Ağayev bir neçə gün öncə mediaya açıqlamasında demişdi:

“Məhərrəm ayı hələ başlamayıb. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”.

Göründüyü kimi, müğənni öz dediklərini özü təkzib edib və bildirib ki, toy axşam saatlarına qədər davam edib.

Gununsesi.info