ABŞ-da bir çox cinayəti olan Deobra Redden həbs cəzasını təxirə salmaq istəməyən hakimə hücum edib. Saniyələr içində baş verən hadisə anbaan lentə alınıb.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərində geniş cinayət keçmişi olan məhbus vəkilinin onun həbs cəzasının təxirə salınması tələbini rədd etdikdən sonra hakimə hücum edib. Zaldakı insanlar hücumçunu saxlamağa çalışarkən, baş verənlər kameraya da düşüb.
Məhkəmə məmurlarının əlindən alınan və hakimin arxasınca qaçmağa davam edən Deobra Reddenin o anlar kameralara tuş gəlib. Mənbələr hakimin yüngül kəllə-beyin travması aldığını, lakin vəziyyətinin stabil olduğunu bildirib.
Qarşıdurma zamanı bir polis əməkdaşı da yaralanıb. Hücum edən şəxs yenidən mühakimə olunmaq üçün həbsxanaya göndərilib.
Gununsesi.info