
Kanal13 internet televiziyasının Bakı filialının rəhbəri jurnalist Əziz Orucovun səhhəti pisləşib.
Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova “Facebook” səhifəsində məlumat yazıb:
“Bu gün Əziz bəylə telefonla danışdım. Səhhətində ciddi problemlər yaranıb. Böyrəyinin ağrıları artıb, bu da təyziqinin qalxmasına səbəb olub. Bu azmış kimi ürəyində də problemlər yaranıb. Sol qolunda uyuşmalar olduğunu, döşqəfəsində kəskin küt ağrıların artdığını dedi. Xahiş etdi ki, növbəti görüşdə ona lazımi dərman preparatları aparım”.
Gununsesi.info