Məhbuslar müdafiəsiz qalıb- VƏKİL ƏDLİYYƏ NAZİRLİYİNİ İTTİHAM EDİR

  • By admin
  • 05 Fevral 2022 09:15

“Artıq bir aya yaxındır ki, Ədliyyə Nazirliyi həbsdə saxlanılan bütün məhbusların hüquqlarını pozur”.
Gununsesi.info bildirir ki, bunu tanınmış vəkil Elçin Sadıqov deyib.

Vəkilin sözlərinə görə, Ədliyyə Nazirliyi vəkillərin müdafiə etdiyi şəxslərlə yalnız pcr test verdikdən və cavablar neqativ çıxdıqdan sonra görüşlərə icazə verir:
“Hətta pcr testi götürülən müəsissədə də vəkildən order tələb edirlər.

Halbuki, bununla bağlı ancaq Nazirlər Kabineti (Operativ Qərargah) qərar verməlidir. Ədliyyə Nazirliyinin məhbuslarla öz mülkiyyəti (qulu) kimi davranması yolverilməzdir. Məhbuslar müdafiəsiz qalıblar”.

Gununsesi.info