Məhbuslar susuz qalıb 14 SAYLI MÜƏSSİSƏYƏ 10 GÜNDÜR SU GƏLMİR

  • By admin
  • 25 Dekabr 2016

hebsxana

İnsan hüquqları fəalı Rəsul Cəfərov 14 saylı cəzaçəkmə müəssisəsində suyun verilmədiyi barədə xəbər yayıb. Gununsesi.info-nun onun sosial şəbəkədəki qeydlərinə istinadən verdiyi xəbərə görə, artıq 10 gündür su yoxdur: “Bu, oradakı acınacaqlı vəziyyəti (bu, CM Azərbaycanda ən pis şəraiti olan müəssisədir)  dözülməz edir. Hazırda siyasi məhbuslardan cəbhəçi gənc fəal Elvin Abdullayev orada saxlanılır, adamın azadlığı qanunsuz əlindən alınıb, əlavə olaraq da belə əziyyət çəkir. Bu hal digər məhbusların da hüquqlarının pozulmasıdır”.

Rəsul Cəfərov hesab edir ki, 14 saylı müəssisə  ləğv edilməlidir, oradakı məhbuslar da digər CM-nə köçürülməlidir: “Sovet vaxtında ağır cinayət törətmiş şəxslər üçün məhbuslara sırf əlavə əziyyətlər verilməsi üçün tikilmiş yerdir, sonradan rejimi dəyişdirilib daha yüngül cinayət törədənləri ora göndərməyə başlayıblar”.