Bu gün Bakı Apellyasiya Məhkəməsində Əfqan Muxtarlı barəsində Səbail Rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.
Qeyd edək ki, mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə. Muxtarlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Gununsesi.info