Bugün “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucovun ev dustaqlığına buraxılması ilə bağlı verdiyi apellyasiya şikayətinə baxılıb. Gununsesi.info-nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin edilməyib.
Orucovun vəkili Aqil Layıc məhkəmədən müsbət qərar gözləntilərinin olmadığını bildirib:
“Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət etmək üçün belə bir şikayət verilməliydi. Orucov ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmir və cinayət işini jurnalist fəaliyyətilə əlaqələndirir”.
Elmar
Gununsesi.info