Məhkəmə “ANS ÇM”in şikayətini təmin etməyib - FOTOLAR (YENİLƏNİB)

  • By admin
  • 09 Sentyabr 2016 18:16

ans

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib.
Gununsesi.info-nun xəbərinə görə, hakim Müseyib Bayramovun sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili Raqif Mustafayev qarşı tərəfin iddiaları ilə tanış olmaq üçün vəsatət qaldırıb. Hakim ANS-in qaldırdığı vəsatəti təmin edərək, etirazın sürətini ANS-in hüquqlarının müdafiə edən vəkilə təqdim edib. MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov isə öz növbəsində ANS-in vəsatətini təmin olunmasına etiraz edib. Daha sonra MTRŞ-nın nümayəndələri məhkəmə qarşısında vəsatət qaldırıb. O, bildirib ki, MTRŞ haqqında qanunun 15.1 maddəsinə əsasən hüquqi və fiziki şəxslərə lisenziya müsabiqə yolu ilə verilir. Lisenziyanın verilməsi səlahiyyətləri isə yalnız MTRŞ-ya aiddir. Məhkəmə qısamüddətli müşavirəyə gedib. Hakim Müseyib Bayramov “ANS ÇM Yayım və Media” Şirkətinin iddiası təmin etməyib.

 

ans1

 

ans2

 

ans3

 

ans4

 

ans5

Gununsesi.info