

Məhkəmə Azərbaycanlı milyarder barəsində çıxarılan ölüm hökmünü ləğv etdi.
İranın Ali Məhkəməsi azərbaycanlı milyarder Babək Zəncani barəsində aşağı məhkəmə instanisyasının çıxardığı ölüm hökmünü ləğv edib.
Gununsesi.info İSNA-ya istinadən xəbər verir ki, Babək Zəncanı neft satışında korrupsiya fəaliyyətində ittiham olunaraq həbs edilib və 2016-cı ilin martında məhkəmə onun barəsində ölüm hökmü çıxarıb.
Vəkili məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət edib və Ali Məhkəmə də onun barəsində çıxarılan ölüm hökmü qərarını ləğv edib.
Qeyd edək ki, İran hökuməti Zəncanini şirkətləri vasitəsilə milyardlarla dollar həcmində neft gəlirlərini gizlətməkdə ittiham olunaraq 2013-cü ilin dekabr ayında həbs edib. Ancaq Zəncani bu ittihamları rədd edib.
Bu yolla Babək Zəncani Mahmud Əhmədinejadın prezident olduğu vaxt İranın xaricdə neft sata bilməsi üçün sanksiyalardan yan keçməsinə yardım edib.O bunu Dubayda açdığı 60-dan çox şirkətdən ibarət qlobal şəbəkə vasitəsi ilə həyata keçirib.
Şirkətlər kosmetikadan tutmuş hava nəqliyyatınadək bir çox sahəni əhatə edib
Hakimiyyətə gələcəyi təqdirdə yüksək səviyyəli korrupsiya ilə mübarizə aparacağını vəd edən Həsən Ruhani prezident olduqdan sonra Babək Zəncanini korrupsiyada ittiham etdirərək həbsinə nail olub.
Bununla bel,ə İranın ən varlı adamlarından biri olan Babək Zəncani, İslam Respublikası üçün qanunsuz neft sazişləri hazırlamağa kömək etməkdə suçlanaraq, ABŞ və Avropa İttifaqının qara siyahısında olub.
Tehranda anadan olmuş, türk universitetinə getmiş və 1999-cu ildə İran Mərkəzi Bankının başçısının sürücüsü olub.
Zəncani var-dövlətinin 13,5 milyard dollar olduğunu desə də, məlumata görə, onun çoxlu borcları var.
Həbsindən əvvəl Zəncani deyib ki, beynəlxalq sanksiyalara görə, o, hökumətə borclu olduğu 1,2 milyard dolları qaytara bilməyib. Lakin məhkəmə prosesində prokurorluq deyib ki, onun hələ də hökumətə 2,7 milyard dollar borcu var.
Məhkəmə zamanı o, BƏƏ, Türkiyə və Malayziyada şirkətlər açıb hökumətin adından milyonlarla barrel İran nefti satdığını boynuna alıb.
Hazırladı Mürtəza
Gununsesi.info