
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nüşrəvan Səfərovun apellyasiya şikayətinə baxılıb.
Gununsesi.info-nun məlumatına görə, məhkəmə şikayəti təmin edib. Binəqədi Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş yeni baxışa qaytarılıb.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsi Aqşin Alxazovun İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokolu və ona əlavə edilmiş sənədlərin Bakı şəhəri Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə geri qaytarılması barədə qərar qəbul edib.
- Səfərov isə həmin qərardan şikayət verib.
Gununsesi.info