Məhkəmə BDU-nun tələbəsini axtarışa verdi

  • By admin
  • 10 İyul 2017 11:26

1476714926_mehkeme

Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

Gununsesi.info-nun xəbərinə görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z. Mirağayev Azərbaycanı tərk etdiyi üçün onun barəsində axtarış elan olunub.

Qərarın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə olunub.

Məhkəmə müvəqqəti olaraq cinayət işinin icraatını dayandırıb.

Qeyd edək ki, Z. Mirağayev bir müddət əvvəl mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.

Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir.

Gununsesi.info