Yüzlərlə vətəndaşa qarşı külli miqdarda dələduzluq əməlləri törədən “Greencard Azerbaijan” şirkətinin rəhbəri Rüfət Piriyev haqqında Yasamal Rayon Məhkəməsi qərar çıxarıb.
Gununsesi.info-nun xəbərinə görə, dünən istintaq orqanının təqdimatı ilə Yasamal Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Qeyd edək ki, Rüfət Piriyev ayrı-ayrı vətəndaşların etibarından sui istifadə edərək, onların külli miqdarda pulunu mənimsəyib.
O, həmin vətəndaşlara ABŞ və Kanadaya iş vizası düzəldələcəyinə dair vədlər vermişdir.
Şəbnəm
Gununsesi.info