Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ

Nəsimi Rayon Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Gununsesi.info xəbər verir ki, hakim Babək Pənahovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilməyib.  

Qeyd edək ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.
 

Gununsesi.info