NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının ev dustaqlığına buraxılması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda E.Qəhrəmanlının vəkil Fariz Namazlı məlumat verib. Onun sözlərinə görrə, şikayət E.Qəhrəmanlının şikayəti təmin edilməyib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib.
E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb.
Gununsesi.info