Məhkəmə gəlinini öldürən şəxsi Respublika Psixiatriya Xəstəxanasına göndərdi

  • By admin
  • 22 Dekabr 2016 13:15

hokm

Yuri Roskovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Gununsesi.info-nun xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Prokuror Y.Roskovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyib.
Daha sonra 1 saylı Respublika Xəstəxanasının nümayəndəsi Tural Kazımov çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxs bir neçə dəfə xəstəxanada müalicə alıb: Həmişə özünə qapanan insan olub”.
Məhkəmə istintaqının yekunlaşdığı elan olundu və dövlət ittihamçısı çıxış edib.
Prokuror Y.Roskovun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmasını istəyib.
Məhkəmə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması üçün onu 1 saylı psixiatrik xəstəxanaya göndərilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Y.Roskov gəlini İnna Berezuyeva qətlə yetirməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunub.
Y.Roskov əvvəllər 1 saylı Respublika Xəstəxanasında müalicə alıb.

Gununsesi.info