Sevinc Vaqifqızı və Ülvi Həsənlinin şikayəti təmin olunmadı
Noyabrın 28-də Bakı Apelyasiya Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının evində axtarış aparılmasından verilən şikayətə baxılıb.
Gununsesi.info xəbər verir ki, məhkəmə hər iki jurnalistin şikayətini təmin etməyib.
Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə Ülvi Həsənli barəsində 4 aylıq, Sevinc Vaqifqızı barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Gununsesi.info