Məhkəmə hakimi vəfat edib

  • By admin
  • 10 Oktyabr 2016 10:28

zerbeliyev

Azərbaycanda məhkəmə hakimi vəfat edib.

HTML tutorial

Gununsesi.info azadlıq.info-ya Gəncə Apellyasiya Məhkəməsinin hakimi 56 yaşlı Zərbəli Zərbəliyev dünyasını dəyişib.

Qeyd edək ki, Z.Zərbəliyev 1960-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. O, 1989 – 1992-cü illərdə Bakı Şəhəri 26 Bakı komissarı (indi Səbail) Rayon Məhkəməsində məhkəmə iclas katibi, 1992 – 1993-cü illərdə Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankının hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi, 1993 – 2000-ci illərdə Respublika Prokurorluğu Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin mühüm işlər üzrə şöbəsində prokuror, 2000 – 2007-ci ildə 3 saylı Yerli İqtisad Məhkəməsinin hakimi, 2007 – 2011-ci ildə Gəncə Yerli İqtisad Məhkəməsinin sədri, 2011 – 2014-cü ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri, 2014-cü ildən isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində işləyib.

Gununsesi.info