Yanvarın 29-da Bakı Apellyasiya Məhkəməsi Abzas Media-nın həbsdə olan jurnalisti Nərgiz Absalamovanın ailə üzvləri ilə görüş və telefon danışığının qadağan edilməsindən verdiyi şikayəti təmin etməyib.
Vəkil Rövşanə Rəhimlinin Turan-a verdiyi məlumata görə, istintaq qadağanı Absalamovanın ailə üzvləri ilə ünsiyyətindən “cinayət törətmiş digər şəxslərin ifşasına mane olmaq üçün” istifadə oluna biləcəyi ilə əsaslandırır.
Müdafiə tərəfi bu iddiaları əsassız hesab edir.
Nərgiz Absalamova ötən il noyabrın 20-dən etibarən “Abzas Media-nın işi” üzrə həbs edilən altıncı jurnalist və mətbuat işçisidir. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham olunublar. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət təqibini Abzas Media-nın korrupsiya faktlarını araşdırması ilə əlaqələndirirlər.
Gununsesi.info