Bu gün Nərimanov Rayon məhkəməsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlara qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilmiş və barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilən jurnalist Ərşad İbrahimovun ev dustaqlığına buraxılması barədə şikayətə baxılıb.
Gununsesi.info-nun xəbərinə görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.
Məhkəmədə çıxış edən Ərşad İbrahimov bildirib ki, ona qarşı irəli sürülən ittiham 2021 ci ilə aid olan məsələdir.
Ona görə də, onun istintaq dövründə çöldə qalması hər hansı bir təhlükə yaratmır.
O, həmçinin səhhətində problemlərin olduğunu deyərək, hakimdən onun ev dustaqlığına buraxılmasını xahiş edib.
Lakin məhkəmə jurnalistin vəsatətini təmin etməyib.
Jurnalistin vəkili Bəhruz Bayramov Gununsesi.info-ya bildirib ki, qərardan apellyasiya şikayəti verəcək.
Gununsesi.info