Məhkəmə Messi barəsində həbs qərarı verdi - 21 AY

  • By admin
  • 24 May 2017 16:38

unnamed (8)
Mayın 24-də İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi atası Xorxe ilə birgə İspaniya məhkəməsində hakim qarşısına çıxıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə Argentinalı futbolçu və atası Xorxe Messi haqda 21 aylıq həbs cəzası verib.

Qeyd edək ki, İspaniya qanunvericiliyə əsasən cəzaları 2 ildən az olduğu üçün onlar həbs olunmayacaq. Bundan başqa futbolçunun atasınına verilən 21aylıq həbs cəzası 15 ayadək endirlib.

Xatırladaq ki, İspaniyanın “Barselona” klubunun hücumçusu L.Messi 2007, 2008 və 2009-cu illərdə vergi ödəməkdən yayınıb.

Anar
Gununsesi.info