Məhkəmə atasının atasının uşaqlarla ünsiyyətinin psixolqun iştirakı ilə həyata keçirilməsi ilə bağlə qətnamə qəbul edib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə tanınmış vəkil Cavad Cavadov məlumat verib.
“Qarşıma hər hansı absurd məhkəmə qərarı çıxanda fikirləşirəm ki, bundan o tərəfi yoxdur, lakin məhkəmələrimiz bizi təəccubləndirməyi bacarır.
Məhkəmə qətnamə qəbul edir ki, atasının uşaqlarla ünsiyyəti psixolqun iştirakı ilə həyata keçirilsin.
Təsəvvür edin, psixoloq uşaqlarla atasının maşınına minib gəzir, əyləncə atraksionunda yelləncəkdə bunlarla oturub əylənir, birlikdə kinoteatrda kinoya baxır və sair“, – deyə o əlavə edib.
Vəkil sual edir ki, “digər tərəfdən, bu psixoloq kim olacaq, onun xidmət haqqını kim ödəyəcək? İcrası mümkün olmayan məhkəmə qərarını qəbul edən məhkəmələr nə düşünür, görəsən?”
C.Cavadovun sözlərinə görə, birdəfəlik yazsınlar ki, atasına uşaqlarla görüş verilmir: “Bütün bunlar məhkəmə-hüquq islahatlarının günü-gündən dərinləşməsi ilə bağlıdır”.
Gununsesi.info