“Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə “Qanun Nəşriyyatı” MMC-də qanunsuz axtarış və götürmə barədə şikayətimizin təmin edilməməsi barədə Xətai rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qərarından verdiyimiz apellyasiya şikayətinə baxıldı”.
Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, proses zamanı axtarış aparan müstəntiq bildirib ki, “Qanun Nəşriyyatı” MMC-nin binasında bomba olması barədə 102 məlumatı daxil olub.
“Təxirəsalınmaz hal olduğundan müstəntiq “Qanun Nəşriyyatı” MMC-nin binasına baxış keçirilməsi haqqında qərar qəbul edib. Baxış zamanı bomba tapılmayıb və zərurət yarandığından çap materialları, əşyaları götürülüb. Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov apellyasiya şikayətimizi təmin etmədi. Odur ki, Avropa Məhkəməsinə şikayət edəcəyik”-deyə, vəkil sözlərinə əlavə edib.
Gununsesi.info