Məhkəmə qızını döyən türkiyəli məşhurla bağlı qərar verdi

  • By Günel
  • 18 Sentyabr 2024 15:33

Keçmiş türkiyəli model-aparıcı Deniz Akkaya 4 ay 27 gün həbs cəzası alıb.

Gununsesi.info “Qafqazinfo” -ya istinadən xəbər verir ki, o, bir müddət öncə 15 yaşlı qızına şiddət göstərdiyi üçün məhkəməlik olub.

Məhkəmədə bildirilib ki, hadisə baş verən gün Akkaya ilə qızı mübahisə edib və bu zaman o, içərisində dəmir termos və simsiz qulaqlıq olan çantanı övladının başına atıb. Bundan başqa, eks-model qızını təpikləyərək boğazını da sıxıb.

Qeyd edək ki, Deniz Akkaya bu ilin may ayında mübahisə etdiyi qızının onu eyvanda kilidlədiyini əsas gətirərək evinə polis çağırmışdı. Qızından şikayətçi olan Akkaya daha sonra onu cəzalandırmaq üçün dövlət himayəsinə verib. Bununla bağlı hər şeyi “X” hesabında paylaşan keçmiş model qızının otağında ikinci mobil telefon tapdığını da demişdi.

Ardıcıl paylaşımlar edən Akkaya qızı ilə vaxt keçirmədiyini, ehtiyaclarını ödəmədiyini iddia edərək keçmiş həyat yoldaşını da hədəfə alıb. Son zamanlar da paylaşımlarına davam edən Deniz Akkaya qızı ilə mesajlarını da paylaşıb. Mesajda Akkayanın qızını idmana getməyə məcbur edərək onu söydüyü məlum olub.

Fotoda Deniz Akkayanın qızı ilə keçmiş əri


Gununsesi.info