ABŞ məhkəməsi biznesmen Reza Zərrab-ın girovluğa buraxılmasına dair vəsatəti təmin etməyib. Onun “nəhəng” resurslarının onun cinayət təqibindən gizlənməsinə imkan verdiyi əsas gətirilib.
Mayın 25-də Nyu Yorkda keçirilən məhkəmədə prokurorlar Zərrabı “güclü əlaqələri, sərvəti və nüfuzu olan beynəlxalq biznesmen” kimi təsvir edib, onun ABŞ-dan qaça biləcəyini deyib.
İran-Türkiyə vətəndaşı Zərrab martda Mayamidə saxlanıb. O, ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda ittiham olunur.
Ona qarşı ittihamlar təsdiqlənərsə, on illər boyunca həbs cəzası çəkə bilər.
Reza Zərrab türkiyəli müğənni Ebru Gundeşin əridir.
(azadliq.org)