Məhkəmə sədrinin ürəyi tutdu, öldü

  • By admin
  • 03 İyul 2017 10:48

1499064490-9185

Azərbaycanda məhkəmə sədri vəfat edib.

Gununsesi.info femida.az-a istinadən xəbər verir ki, Göyçay Rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev bu gün səhər saatlarında vəfat edib. İlkin məlumata görə, sədrin ölümünə səbəb ürək tutması olub.

Fərhad Əfəndiyev 1958-ci ildə anadan olub.

O, 1999 – 2000-ci illərdə Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, 2000 – 2007-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi, 2007 – 2012-ci illərdə Mingəçevir Şəhər Məhkəməsinin sədri işləyib.

2012 -ci ildən Göyçay Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib.

Gununsesi.info