
Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyin qurama-saxta ittihamları ilə həbsdə olan sabiq nazir Nicat Quliyevin şikayəti üzrə məhkəmə prosesi keçirilib. Vəkil Fuad Ağayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, Nicat Quliyev 2013-cü il avqustun 7-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, həbs edilib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, vaxtından əvvəl cəzadan azad olunması barədə ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun ərizəsini təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
Gununsesi.info