Məhkəmə Tofiq Yaqublunu ölkədən çıxış istəyinə “yox” dedi

  • By admin
  • 16 Noyabr 2022 18:08

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun ölkədən çıxışı ilə bağlı məhkəməyə etdiyi müraciət təmin olunmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.

HTML tutorial
Onun sözlərinə görə,  T.Yaqublu atasının yas mərasimində iştirak etmək üçün ölkədən çıxışına qoyulmuş qadağanın müvəqqəti götürülməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət  edib: “Ərizəyə hakim Anar İbrahimov tərəfindən baxılıb. Ərizə təmin edilməyib və məhdudiyyət qüvvədə saxlanılıb. Biz bu qərardan apellyasiya şikayəti verəcəyik”.

Qeyd edək ki, Tofiq Yaqublunun ölkədən çıxışına 2020-ci ilin martında “stop” qoyulub. Onun atası ötən ay Gürcüstanda yaşadığı evdə vəfat edib.

Xatırladaq ki, ötən il də T.Yaqublunun anası vəfat etdiyi üçün bənzər müraciəti təmin olunmayıb.

 

Afət

Gununsesi.info