
ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun şirkəti olan “Trump Organization” Nyu-York Ştat Prokurorluğu tərəfindən fırıldaqçılıq iddiası ilə mülki məsuliyyətlə üzləşib.
Gununsesi.info “Reuters” istinadən xəbər verir ki, bu qərarı Nyu-York ştatının məhkəməsi Trampın müdafiə tərəfinin işin rədd edilməsi barədə vəsatətini rədd edərək qəbul edib.
İddia 2022-ci ilin sentyabrında məhkəməyə göndərilib. Ştat vəkili Letitia Jamesin sözlərinə görə, “Trump Organization” kredit və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini yanlış təqdim edib. Aktivlərin dəyəri 2,23 milyard dollar artaraq 3,6 milyard dollar təşkil edib. Xüsusən, Floridadakı Mar-a-Lago əmlakının, Manhettendə “Trump Tower” göydələnindəki mənzillərin, bir sıra ofis binalarının və qolf meydançalarının dəyəri şişirdilib.
Trampın müdafiəsi iddiaların əsassız olduğunu və əmlakın qiymətinin zamanla müxtəlif səbəblərdən dəyişə biləcəyini müdafiə edib. Lakin məhkəmə müvafiq sənədlərdə onun şişirdilməsi zamanı konkret qiymətdən söhbət getdiyinə işarə edərək, bu arqumentlərlə razılaşmayıb.
Məhkəmə işə oktyabrın 2-də mahiyyəti üzrə baxmağa başlayacaq. Prosesin dekabrda başa çatdırılması gözlənilir. Mülki işlərdə həbs və ya müttəhimin siyasi fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmur.
Səid Əhmədli
Gununsesi.info