Məhkəmə Trampın hakimdən imtina tələbini rədd etdi

  • By admin
  • 28 Sentyabr 2023 12:49
tramp

Məhkəmə ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə cəhdi ilə bağlı hakimdən imtina tələbini rədd edib.

Gununsesi.info xəbər verir ki, prosesə sədrlik edən hakim Tanya Çatken bildirib ki, imtina etmək üçün heç bir səbəb görmür.

Çatkenin rədd edilməsini istəyən Trampın vəkilləri onun “Tramp təqib olunmağa və cavabdehlik daşımağa layiqdir” ifadələrinə istinad ediblər. Eks-prezidentin müdafiəsinə görə, hakimin şərhləri müttəhimə qarşı qərəzli münasibətdən xəbər verir ki, bu da prosesə xələl gətirə bilər.

“Qeyd etmək lazımdır ki, məhkəmə heç vaxt müdafiə tərəfinin ona aid etdiyi mövqe tutmayıb: Tramp mühakimə olunmalı və həbs edilməlidir. Müdafiə tərəfi hakimin bu sözləri söyləməsi və ya buna bənzər bir şey yazması ilə bağlı heç bir hadisəyə istinad etmir”, – deyə qeyd edilib.

Səid Əhmədli
Gununsesi.info