Amerikada Nyu-York Bölgə Məhkəməsində hakim Artur Enqoronun keçmiş Prezident Donald Trampla bağlı baxdığı iş tamamlanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Enqoron Trampın və şirkətinin bankçılara və sığortaçılara fırıldaqlıq etdiyinə qərar verib.
Qərara əsasən, keçmiş Prezident Donald Tramp və şirkəti “Tramp Organization” məsuliyyət daşıyacaq.
Verilən məhkəmə qərarında bildirilir ki, Tramp və şirkəti illərlə əmlak və maddi varlıqlarının dəqiq dəyərini şişirdiblər. Onlar bankdan kredit və sığorta əldə etməkdə daha yaxşı şərtlər üçün belə bir addım atıblar.
Hakimin 35 səhifəlik qərarında Trampın şirkətinin idarəçilərini yanlış bilgi verməkdə günahlandırıb.
Enqoronun qərarı ilə Donald Tramp və uşaqlarının Nyu-Yorkda şirkət qurması, 5 il müddətinə ticari daşınmaz əmlak satınalmaları yasaqlanır.
Məhkəmə qərarı ilə Tramp 250 milyon dollar pul cəzasına çatdırılıb.
Tərcümə: Arzu