Məhkəmə Ülvi Həsənli barəsində qərar verdi

  • By ilhame
  • 21 Noyabr 2023 19:51

İki gündür ki, Bakı Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan Abzasmedia.org saytının baş redaktoru Ülvi Həsənli barəsində həbs-qətimkan tədbiri seçilib.

Gununsesi.info xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə “AbzasMedia”nın direktoru Ülvi Həsənli barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, jurnalist qaçaqmalçılıqda ittiham olunur.
Onun ofisindən 40 min avro götürülüsə də o, həmin pulun ona aid olmadığını bəyan edib.

Gununsesi.info