Məhkəmədə dava düşdü, vəkilə hücum edildi

  • By Mayil
  • 22 Oktyabr 2016 12:02

mehkeme-huquq-300x239

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rəsul Fazilovun barəsində olan hökmdən zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Gununsesi.info-nun məlumatına görə, Vəkil Fariz Namazlının APA-ya deyib, hakim Mirzəli Abbasovun sədrliyi ilə oktyabrın 20-də keçirilən iclas zamanı o, prosesin istintaqla aparılması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edərək prosesin qismən istintaqla aparılması barədə qərar qəbul edib. Bu isə zərərçəkmiş tərəfin və onun qohumlarının narazılığına səbəb olub. Zalda olan 50-yə yaxın şəxs vəkil Fariz Namazlıya hücum ediblər. F. Namazlı bildirib ki, həmin şəxslər məhkəmə katibinin stolunun üstündə olan kompüteri yerə salıblar, ona hücum ediblər. Məhkəmə nəzarətçiləri onları sakitləşdirib. Hakim hadisənin aktlaşdırılması barədə göstəriş verib. F. Namazlı bildirib ki, həmin şəxslər məhkəməyə təzyiq etmək üçün iclasa gəlirlər.
Qeyd edək ki, R. Fazilov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. O, hərbi xidmətdə olarkən posta girən bir nəfəri güllələməkdə təqsirləndirilir. Onun barəsində olan hökmdən ölən şəxsin hüquqi nümayəndəsi apellyasiya şikayəti verərək cəzanın ağırlaşdırılmasını istəyib.

Gununsesi.info