Məhkəmədən ədalət gözləməkdənsə, ibtidai istintaq orqanına “xahiş-minnət” etmək daha əlverişlidir -VƏKİL

  • By admin
  • 16 Fevral 2023 22:19

“Bu gün bir daha əmin oldum ki, qətimkan tədbirlərinin dəyişməsi ilə bağlı artıq məhkəməyə müraciət etmək tam şəkildə mənasızdır. Bütün qərarlar ibtidai istintaq orqanı tərəfindən tənzimlənir”.

Gununsesi.info-nun  xəbərinə görə, bunu tanınmış vəkil Ceyhun Yusifov sosiaıəl şəbəkədə yazıb. 

HTML tutorial

Vəkil bildirib ki, məhkəmələr bu cür məsələlərdə müstəqil şəkildə qərar verə bilmirlər: ” Yəni belə başa düşürəm ki, bu mövzuda məhkəməyə müraciət etməkdənsə ibtidai istintaq orqanına “xahiş-minnət” etmək daha əlverişlidir. Eyni zamanda xüsusilə qeyd edim ki, prostestlərin təmin olan nisbətinin vəkil şikayətlərinə olan nisbəti 95% – 5 % şəklindədir.  Məhkəmə “islahatları”davam edir”.

 

MAİS

GUNUNSESİ.İNFO