Məhkəmədən Gülşənlə bağlı YENİ QƏRAR

Müğənni Gülşən Çolakoğlunun ev dustaqlığının ləğv olunması ilə bağlı etiraz ərizəsi rədd edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, müğənninin vəkili İstanbul Ədliyyə Sarayına gedərək ev dustaqlığı qərarının qaldırılması üçün ərizə təqdim edib. Məktub İstanbul Sülh Cəza Hakimliyi tərəfindən qiymətləndirildikdən sonra rədd edilib. Gülşənin “ev dustaqlığı” ilə bağlı məhkəmə nəzarətinin davam etdirilməsi qərarı verilib.

HTML tutorial

Qeyd edək ki, Gülşən konsertlərindən birində “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” dediyi sözləri birmənalı qarşılanmayıb və daha sonra həbs olunub. Onun bu ifadəsi həmin liseydə oxuyanları və məzunları, eləcə də dindarları qəzəbləndirib. Gülşən isə heç bir cinayət törətmədiyini və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib. Hazırda sənətçi ev dustağıdır.

Gununsesi.info