Məhkmə Bəxtiyar Hacıyevin dairəsi ilə bağlı qərar verdi – Deputat kim oldu?

  • By admin
  • 27 Fevral 2020 13:26

Dünən Ali Məhkəmədə 29 saylı Səbail Birinci Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

Gununsesi.org namizədin yaydığı məlumata istinadən xəbər verir ki, məhkəmə iddaçının şikayatini təmin etməyib.

Xatırladaq ki, B. Hacıyev seçkilərin saxtalaşdırıldığını iddia edərək MSK-ya və məhkəmlərə üz tutub. MSK 29 saylı dairənin bir neçə məntəqəsində nəticələri ləğv etsə də, ümumilikdə seçkilərin nəticələrini etibarlı sayıb.
Apellyasiya Məhkəməsi də namizədin şikayətini təmin etməyib. Beləliklə, həmin dairədən namizəd Nigar Arpadarainin qalib gəlməsi rəsmiləşdirilib.

Gununsesi.org