Məhkum qadınlara “İlk tibbi yardım” mövzusunda təlim keçiriləcək -Foto

  • By ilhame
  • 06 Dekabr 2023 19:35

Azərbaycan Könüllü Həkimlər Assosiasiyası “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi ilə əməkdaşlığa başlayır. Məhkum qadınlara “ilk tibbi yardım” mövzusunda təlim keçiriləcək.

Birliyin sədri, jurnalist Firuzə Cəlilova Gununsesi.info-ya açıqlamasında təlimin əsas məqsədlərindən danışdı.

Onun sözlərinə görə baş verən qəzalar zamanı uyğun davranış qaydaları, məhkum qadınlar arasında psixoloji vəziyyətin tənzimlənməsi və ilkin tibbi müdaxilə ilə bağlı onları maarifləndirməyə qərar veriblər.
Məhkum qadınlar bu təlimlər vasitəsilə aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani məlumatlar veriləcək. Eyni zamanda müəllimlər maneken-mulyaj üzərində təlim müddətində qazandığı bilikləri nümayiş etdirəcəklər.
Təlimin sonunda məhkum qadınlara sertifikatlar təqdim olunacaq .

Gununsesi.info