“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi bir kitabla bir həyata nəfəs vermək məqəsdi ilə “ Bir kitab – bir həyat” layihəsinə başlayıb.
Məhkum qadınlar dəmir barmaqlıqlar arasında vaxtını səmərəli keçirib, maariflənsinlər deyə bu təşəbbüsə imza atan birlik hələ ki, kitabları ayrı-ayrı təşkilat və yazarlar vasitəsi ilə əldə edir.
Yaxın gələcəkdə bu çağırışa adi vətəndaşların qoşulması üçün müəyyən yerlərdə güşələr yaradılacaq.
Birliyin “Bir kitab – bir həyat” layihəsinə Türkiyədən dəstək gəldi. İstanbul Ticarət Palatası, İstanbulun mədəniyyətini əks etdirən “Kuşbakışı İstanbul” və məmləkətimizi, tariximizi qarış qarış gəzən “Azərbaycan” adlı yeni nəşirlərini məhkum qadınlara hədiyyə etdilər.
Birliyin sədri Firuzə Cəlilova nəfis tərtibatlı bu gözəl kitabların azadlıqdan məhrum olanlara sözün əsil mənasında nəfəs verəyini söyləyib.
O, düşünür ki bu qiymətli kitablar vasitəsi ilə məhkum qadınlar tarixi vərqələyib çoxsaylı məlumat toplayacaqlar.
Qeyd edək ki, İstanbul Ticarət Palatası mədəni fəaliyyətləri çərçivəsində mütəmadi olaraq İstanbul mövzulu kitabların nəşrinə töhfə verir.
“Azərbaycan” adlı yeni nəşr “ Bir millət, iki dövlət” devizi altında çap olunub və böyük kitab festivallarında təqdim olunur.
Gununsesi.info