Məhkum yemək paylama pəncərəsindən çıxıb qaçdı - VİDEO

  • By admin
  • 21 İyun 2016 10:45

Mehbus qachdi

 

HTML tutorial

 

Dağıstanın İzberbaş şəhərində müvəqqəti təcridxanaya yerləşdirilən şübhəli kameradan yemək paylamaq üçün istifadə edilən pəncərədən qaçıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“2016-cı ilin iyunun 18-də təxminən saat 04.00 radələrində Stavropol vilayəti üzrə DİN idarəsinin müvəqqəti təcridxanasından istintaq əməliyyatlarını yerinə yetirilməsi üçün İzberbaş şəhərinin müvəqqəti təcridxanasına yerləşdirilən və bir sıra qarətlərdə ittiham edilən Rüstəm Şahrudinovkameranın yemək paylanması üçün nəzərdə tutulan pəncərəsindən dəhlizə çıxıb, daha sonra isə otaqdakı barmaqlığı aralayaraq təcridxandan qaçıb”, – məlumatda deyilir.  (Oxu.az)