Məhkuma çayın içində narkotik keçirmək istəyən şəxs ələ keçdi – FOTO

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Gununsesi.info xəbər verir ki, penitensiar xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əbülfət Böyükağa oğlu Həsənova vətəndaş Elnur Aydın oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

HTML tutorial

Bu zaman orada olan çay qutusunun içərisində gizlədilmiş bir ədəd sellofan bükülüdə ümumi çəkisi 2,189 qram olan narkotik maddə – tiryək aşkar edilib.