Məhsa Əmini necə öldürülüb? - Məxfi sənəd ortaya çıxdı

“Əlinin ədaləti” adlı haker qrupu İranın Məhkəmə Hakimiyyətinin məxfi məktubunu dərc edib.

Gununsesi.info “Azad İran”a istinadən xəbər verir ki, məktuba əsasən, Tehran Prokurorluğunun 5-ci şöbəsinin prokuror köməkçisi Əli Əmrayi prokurora yazıb ki, bəzi şahidlər və mağaza sahibləri polisin Məhsa Əminini həbs edərkən onun başını səki daşlarına vurduğunu gördüklərini deyiblər.

HTML tutorial

Sənəddə yazılıb:

“Ətraflı araşdırma aparılıb və bütün insanlar daim eyni yerdə dayanan “Əxlaq” polisi adlanan şəxslərin davranışlarının bəzən yersiz olduğunu, onlarla xalq arasında çoxlu gərginliyin yaşandığını vurğulayıblar. Yuxarıda adıçəkilən şəxslə bağlı bəziləri eyni gün və eyni vaxtda (13 sentyabr, çərşənbə axşamı, saat 18:30 radələrində) gərginlik müşahidə etdiklərini bildiriblər. Qızın maşına mindirilərkən müqavimət göstərdiyi və nəticədə başının yol kənarındakı beton səkiyə dəydiyini deyiblər”.

Xatırladaq ki, iddialara görə, 22 yaşlı Məhsa Əmini adlı gənc xanım İranın “əxlaq” polisi tərəfindən öldürülüb. Əmininin öldürülməsinə etiraz olaraq başlayan xalq üsyanı hazırda İranın bütün əyalətlərinə və şəhərlərinə yayılmaqdadır.

Gununsesi.info