Ötən il İranda polis idarəsində komaya düşən, sonra isə ölən 22 yaşlı Məhsa Əmininin ailəsinin ölkədən çıxışına qadağa qoyulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, Məhsanın atası, anası və qardaşı Avropa İttifaqının dəvəti ilə Andrey Saxarov adına “Düşüncə Azadlığı” Mükafatının verilməsi mərasiminə qatılmaq üçün Fransaya gedərkən Tehranın “Xomeyni” Beynəlxalq Hava Limanında saxlanılıblar.
Məlumata görə, onların pasportları müsadirə edilib.