Məhsa Əmininin ölümü ilə bağlı xəbər yayan jurnalistə bəraət verilib

  • By Admin2
  • 11 Fevral 2025 14:40

2022-ci ildə İranda polis nəzarətində dünyasını dəyişən Məhsa Eminin xəstəxana görüntülərini yaydığı üçün mühakimə olunan jurnalist Nilüfer Həmidinin “düşmən ölkə (ABŞ) ilə əməkdaşlıq” ittihamı ilə bəraət aldığı və digər cinayətlərinə görə əfv edildiyi bildirilir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tehran İnqilab Məhkəməsinin jurnalist Həmidini “ABŞ ilə əməkdaşlıq” ittihamı ilə 7 il, “milli təhlükəsizliyə qarşı cinayət törətmək fəaliyyətində iştirak etmək” ittihamı ilə 5 il və “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il azadlıqdan məhrum etmə qərarı, Tehran Apellyasiya Məhkəməsinə edilən müraciətdən sonra ləğv edilib.

Nilüfər Həmidi 22 sentyabr 2022-ci ildə başlayan 17 aylıq həbs müddətindən sonra 14 yanvar 2024-cü ildə zaminə buraxılıb.

Qeyd edək ki, Əmininin dəfni ilə bağlı reportaj hazırladığı üçün mühakimə olunan digər jurnalist Elahe Muhammedinin işi üzrə verilən apellyasiya şikayəti ilə bağlı hələlik qərar açıqlanmayıb.

Orxan Saffari

Gununsesi.info