7 il öncə mədə xərçəngindən dünyasını dəyişən məhşur aktyor Patrik Sueyzi haqqqında dəhşətli
xəbər yayılıb. Xəbərin carçısı isə aktyorun uşaqlıq dostu Şarlotta Stivensdir. Gununsesi.info xarici
mətbuata istinadən xəbər verir ki, Patrikin həyat yoldaşı Liza, aktyoru xəstə yatarkən tez- tez
döyürmüş. Şarlotta Stivensin sözlərinə görə, gecələr aktyor zəng edərək yoldaşının onunla
vəhşicəsinə davranmasından şikayət edirmiş. Dostlarına hətta anasına da aktyoru görmək Liza
tərəfindən qadağan edilib. Ölümündən qabaq aktyor zəifləyərək 40 kiloqrama qədər arıqlayıb. Həyat
yoldaşına qarşı Lizanın bu rəftarı isə qısqanclıqla əlaqələndirilir. Belə ki, aktyor vaxtilə
məşhurluğundan istifadə edərək qız fanatlarının heç birini diqqətdən kənarda qoymayıb. Lizanın
həyat yoldaşına çox yaxşı baxması ilə qürurlandığını görən Şarlotta, bu gerçəyi açıqlamağı qərara alıb.
Sevinc Xeyrulla
Gununsesi.info