Məhşur amerikan cizgi filmi ilə bağlı yeni iddia ortaya çıxdı - FOTOLAR

  • By admin
  • 09 May 2020 21:42
Gələcəyi 27 dəfə bilən cizgi filmi olaraq adlandırılan “Simpsonlar”ın qatil arılar haqqında olan həqiqətləri öncədən bildiyi iddiası gündəmə gəlib.
Gununsesi.org moderator.az-a istinadən xəbər verir ki, sözügedən animasiya filmində bu dəfə ABŞ-da ortaya çıxan “Vespa mandarinia” adı verilən Asiya mənşəli nəhəng eşşək arılarını göstərən bir bölüm yer alıb.
Sözügedən bölümdə bal arılarından 3 dəfə böyük olan və 5 santimetr boyu olan arılar ABŞ-a gəldikdən sonra həyəcana səbəb olur. Bundan sonra qəsəbə sakinləri bir bir araya toplaşaraq bir xəstəliyə çarə axtarır və həkimlər tək çarənin yataq istirahəti olduğunu söyləyir.Daha sonra qəsəbə sakinləri həyəcanla bir yük maşınının içindəki kassada olan təhlükəli qatil arıları səhvən sərbəst buraxır.
Qeyd edək ki, Vaşinqton Dövlət Universitetinin araşdırmaçıları yaxın günlərdə ABŞ-da görülən və boyu 5 santimetr olan arıların bir insanı bir neçə dəfə sancmasının ölümlə nəticələnə biləcəyini bildirmişdi. Arıların bu növü, bu səbəblə “qatil arılar” adlandırılır.
Gununsesi.org